BÖLMƏLƏR
Bölmələr və yayımlanmış materiallarESC — bağla
← Arxiv

Şanlı tarix · Şəxsi xatirələr

Şanlı tariximiz 2020

2020-ci il sentyabrın 27-də könüllü olaraq döyüşlərə qatılmaq üçün ön cəbhəyə yollandıq. Adımız rəsmi qeydiyyatda olmadığı üçün əsgərləri aparan avtomobil kolonuna qoşularaq gizlicə döyüş bölgəsinə keçdik. İlk gecəmizi səngərdə keçirdik.

Ertəsi gün icazəsiz keçdiyimiz məlum olduqda komandir bizi ön xətdən çıxardı. Səbəb aydın idi: adımız qeydiyyatda yox idi və yaralanacağımız, yaxud şəhid olacağımız təqdirdə bu, onlar üçün ciddi məsuliyyət yaradacaqdı. Çoxsaylı xahişlərimizdən sonra ön xəttin arxa təminatına kömək etmək üçün qalmağımıza icazə verildi.

Beləcə, əsgərlərimizlə birlikdə Zəfərə doğru yol aldıq. Arxa təminatın gücləndirilməsinə çalışdıq, maddi və mənəvi dəstəyimizi əsirgəmədik. Bacardığımız qədər onların yanında olduq, bu müqəddəs mübarizəyə öz töhfəmizi verməyə çalışdıq.

Şanlı Qələbənin tarixi səhifələrində adımız yazılmasa da, bu Vətən üçün göstərdiyimiz xidmət halal olsun. Bizim üçün ən böyük qürur o günlərdə əsgərlərimizin yanında olmaq və Zəfərə gedən yolda az da olsa pay sahibi olmaqdır.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq versin.

Rövşən Tağıyev

Şanlı Tariximiz

46 foto · 41 video

Görüntüyə toxunaraq böyük ölçüdə baxın.

Daha çox göstər (5)